​ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı mübarizənin bir nömrəli prioritet olduğunu deyib

​ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı mübarizənin bir nömrəli prioritet olduğunu deyib ABŞ prezidenti qeyd edib ki, bu mübarizə Amerika dəyərlərinə zidd olmamalıdır
Digər ölkələr
10 Aprel , 2016 20:39
​ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı mübarizənin bir nömrəli prioritet olduğunu deyib

Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama əsas prioritetini açıqlayıb.

"Report"un məlumatına görə, Obama "Fox News"-a müsahibəsində İŞİD terror qruplaşmasıyla mübarizənin bu gün onun əsas prioriteti olduğunu bildirib.

ABŞ prezidenti qeyd edib ki, bu mübarizə Amerika dəyərlərinə zidd olmamalı, vahimə yaratmamalı, insanları bir-birindən ayırmamalıdır.

"Mənim bir nömrəli işim amerikalıları qorumaqdır. Bir nömrəli prioritetim İŞİD-ə qalib gəlməkdir" - deyə Ağ Ev rəhbəri əlavə edib.

O, qeyd edib ki, terror hücumlarında məqsəd insanları vahiməyə salmaq, onları qorxutmaq və cəmiyyəti dəyişməkdir. 

Son xəbərlər

Orphus sistemi