40 min hərbi qulluqçu ABŞ ordusundan ixtisar ediləcək

40 min hərbi qulluqçu ABŞ ordusundan ixtisar ediləcək Bununla yanaşı Pentaqonda işləyən 17 min mülki şəxs də işini itirəcək.
Digər ölkələr
8 İyul , 2015 02:02
40 min hərbi qulluqçu ABŞ ordusundan ixtisar ediləcək

Bakı. 8 iyul. REPORT.AZ/ ABŞ Silahlı Qüvvələrinin şəxsi heyyəti tərkibində 2017-ci ilədək 40 min nəfər azaldılacaq.

"Report"un İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, ixtisarlar həm ABŞ-ın daxilindəki hərbi birləşmələri həm də xaricdəki bazaları əhatə edəcək.

Bununla yanaşı Pentaqonda işləyən 17 min mülki şəxs də işini itirəcək.

Səbəb kimi, ABŞ-ın hərbi büdcəsinin tədricən azaldılması göstərilir. Beləliklə, Pentaqon 450 min hərbi qulluqçudan istifadə edə biləcək.

Qeyd edək ki, ABŞ hərbçilərinin maksimal sayı İraqla müharibə zamanı qeydə alınmışdı (570 min nəfər).

Son xəbərlər

Orphus sistemi