ABŞ müdafiə naziri İraqa elan edilməmiş səfərə gedib

ABŞ müdafiə naziri İraqa elan edilməmiş səfərə gedib Eşton Karter baş nazir əl-Abadi ilə danışmaq üçün İraqa yollanıb
Digər ölkələr
11 İyul , 2016 12:32
ABŞ müdafiə naziri İraqa elan edilməmiş səfərə gedib

Bakı. 11 iyul. REPORT.AZ/ ABŞ müdafiə naziri Eşton Karter İraqa elan olunmamış səfər edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, E.Karter səfər zamanı İraq baş naziri Hayder əl-Abadi və müdafiə naziri Xalid əl-Obeydi ilə görüşəcək, eləcə də İŞİD terror qruplaşması ilə mübarizə üzrə koalisiya qüvvələrinin komandanı Şon Makfarlandla görüş keçirəcək.

"France Presse" agentliyinin məlumatına görə, E.Karter İraqa baş nazir əl-Abadi ilə İŞİD ilə mübarizə və Mosulun terrorçulardan azad edilməsi planları haqqında danışmaq üçün yollanıb.

Son xəbərlər

Orphus sistemi