ABŞ məhkəməsi zibilçini silsilə qətllərdə müqəssir bilib

ABŞ məhkəməsi zibilçini silsilə qətllərdə müqəssir bilib Franklini ölüm hökmü gözləyir
Digər ölkələr
6 May , 2016 04:58
ABŞ məhkəməsi zibilçini silsilə qətllərdə müqəssir bilib

Bakı.6 may.REPORT.AZ/ Los-Ancelesdən olan keçmiş zibilçi 20 ildən artıq bir müddət ərzində törədilən silsilə qətllərdə müqəssir bilinib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, 63 yaşlı Lonni Franklin onlarla qətl və bir sui-qəsddə təqsirləndirilib.

Los-Ancelesdə gənc qaradərili qadınların qətli 1985-ci ildə başlayıb və 2007-ci ilədək davam edib. Onlarla qadın, o cümlədən 15 yaşlı qız cinayətkarın qurbanı olub. Qatil "Qrim Sliper" ləqəbi alıb. Çünki 1988-ci ildə uğursuz hücumdan sonra o, 14 il yeni cinayət törətməyib.

Franklin 2010-cu ildə onun qurbanların cəsədləri üzərində buraxdığı DNT izləri digər qanun pozuntularına görə həbs olunan oğlunun genetik materialları ilə əlaqələndirildikdən sonra həbs olunub.

Günahı təsdiq olunandan sonra Franklini ölüm hökmü gözləyir. Ona mayın 12-də hökm oxunacaq.

Son xəbərlər

Orphus sistemi