ABŞ Makedoniyadaki böhranla bağlı narahatlığını bildirir

ABŞ Makedoniyadaki böhranla bağlı narahatlığını bildirir Senator Kris Mörfi Birləşmiş Ştatlara Balkanlarda gərginliyin artmaması üçün daha fəal rol oynamağa çağırıb
Digər ölkələr
24 May , 2015 09:08
ABŞ Makedoniyadaki böhranla bağlı narahatlığını bildirir

Bakı. 24 May. REPORT.AZ/ Makedoniyada böhran Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyətin nümayəndələrinin narahatlığına səbəb olub.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Amerikalı senator Kris Mörfi Makedoniyada qanunun aliliyi, insan hüquqları və mətbuat azadlığı sahəsində geriləmənin olduğunu deyib. Bu ilin əvvəli ölkədə dinləmələrlə bağlı qalmaqala işarə edən senator Mörfi rəsmilərin öz vətəndaşlarının hüquqlarına hörmət etməli olduğunu bildirib.

Konnektikut ştatından oilan bu senator, Birləşmiş Ştatlara Balkanlarda gərginliyin artmaması üçün daha fəal rol oynamağa çağırıb.

Amerikanın bir sıra təhlilçiləri ABŞ senatorunun fikirləri ilə razılaşırb. Təhlilçilər Makedoniyada demokratiyanın durumunun narahat doğuracaq bir səviyyəyə çatdığını qeyd edərək, hökumətin bundan sonra atacağı addımların diqqətlə izlənməli olduğunu bildiriblər.

Xatırladaq ki, bu ayın əvvəli Makedoniyanın Kumanovo şəhərində silahlı şəxslər ilə polis arasında yaşanan toqquşma nəticəsində 22 adam həyatını itirmişdi. 

Son xəbərlər

Orphus sistemi