​ABŞ-la İsrail atom enerjisi sahəsində əməkdaşlığa dair razılığa gəlib

​ABŞ-la İsrail atom enerjisi sahəsində əməkdaşlığa dair razılığa gəlib KİV: Şorekdəki Atom Araşdırma Mərkəzinin fəaliyyətinə nəzarət rəsmi deyil, könüllü xarakterlidir"
Digər ölkələr
26 Oktyabr , 2015 13:31
​ABŞ-la İsrail atom enerjisi sahəsində əməkdaşlığa dair razılığa gəlib

Bakı. 26 oktyabr. REPORT.AZ/ ABŞ-la İsrail dinc məqsədli atom enerjisindən istifadə məsələsində aşkar əməkdaşlığa dair razılığa gəliblər.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Energetika Nazirliyindən bildiriblər.

Məlumata görə, İsrail atom silahının yayılmaması haqda konvensiyanı imzalamsa da, sözügedən qətnamə ABŞ-ın bu sahə üzrə əməkdaşlığa başlamasında dərin dəyişikliyin göstəricisidir.

Xəbərdə bildirilib ki, ABŞ atom silahının yayılmaması haqda beynəlxalq sənədi imzalamayan dövlətlərlə bu sahədə əməkdaşlıq etməkdən çəkinirdi: "Şorekdəki (İsraildəki atom mərkəzi - "Report") Atom Araşdırma Mərkəzinin fəaliyyətinə nəzarət rəsmi deyil, könüllü xarakterlidir".

Qeyd edək ki, iki ölkə arasında atom enerjisi sahəsində əməkdaşlıq qeyri-rəsmi mahiyyət daşıyırdı.

Müşahidəçilərin fikrincə, İranın atom proqramı üzrə razılaşmadan sonra vəziyyət dəyişib. Ötən həftə Atom Enerjisi Komissiyasının üzvü, bir sıra işləri əlaqələndirən İsrailin energetika naziri Yuval Ştaynits ABŞ-a səfər edib. Səfər çərçivəsində o, ABŞ-ın uyğun qurumlarının təmsilçiləri ilə görüşüb. 

Son xəbərlər

Orphus sistemi