​ABŞ konsulluğunu Sidneydən təxliyyə edib

​ABŞ konsulluğunu Sidneydən təxliyyə edib Polis yaraqlılarla girovların buraxılması ilə bağlı danışıqlar aparır
Digər ölkələr
15 Dekabr , 2014 10:21
​ABŞ konsulluğunu Sidneydən təxliyyə edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Dövlət Departamenti Avstraliyanın Sidney şəhərindəki ABŞ konsulluğunun təxliyyə edilməsini təsdiqləyib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda qurumun təmsilçisi Cen Psaki bəyanat verib: "ABŞ vətəndaşlarına fövqəladə hadisə baş verən rayona getməmək məsləhət görülüb. Biz Sidneydə baş verənləri diqqətlə izləyirik".

Xatırladaq ki, dekabrın 15-də səhər saatlarında Sidney şəhərinin mərkəzində Mərkəzi Bankın yaxınlığında "Lindt" dükan-kafedə 40-a yaxın müştəri və müəssisənin işçiləri yaraqlılar tərəfindən girov götürülüb.

Polis yaraqlılarla girovların buraxılması ilə bağlı danışıqlar aparır.

Son xəbərlər

Orphus sistemi