ABŞ Konqresində Hillari Klintona qarşı yeni araşdırma başlanması tələb edilib

ABŞ Konqresində Hillari Klintona qarşı yeni araşdırma başlanması tələb edilib ABŞ Nümayəndələr Palatasının iki komitəsinin rəhbəri Ədliyyə Nazirliyinə məktub göndərib
Digər ölkələr
12 İyul , 2016 10:27
ABŞ Konqresində Hillari Klintona qarşı yeni araşdırma başlanması tələb edilib

Bakı. 12 iyul. REPORT.AZ/ ABŞ Nümayəndələr Palatasının iki komitəsinin Respublikaçılar Partiyasından olan rəhbərləri Ədliyyə Nazirliyinə müraciət edərək Demokratlar Partiyasından prezidentliyə namizədliyini təmin etmiş keçmiş dövlət katibi Hillari Klintona qarşı yalançı şahidliklə bağlı araşdırma başlanmasını xahiş edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə konqresmenlər Ceyson Çaffets və Bob Qudlattın Ədliyyə Nazirliyinə göndərdiyi məktubda deyilir. Respublikaçılar müraciətində FTB tərəfindən toplanan dəlillərin bəzi aspektlərdə H.Klintonun ifadəsinə birbaşa zidd olduğunu iddia edirlər. C.Çaffets, həmçinin FTB-dən ona keçmiş dövlət katibinə qarşı istintaq fayllarına çıxış imkanı verməsini xahiş edib.

Xatırladaq ki, iyulun 5-də FTB Ədliyyə Nazirliyinə H.Klintonun yazışmaları şəxsi elektron poçtu vasitəsilə həyata keçirməsi ilə əlaqədar ona qarşı iş açmamağı tövsiyə edib. Eyni zamanda təşkilatın direktoru Ceyms Komi H.Klinton və əməkdaşlarının məxfi məlumatların istifadəsində həddindən artıq səhlənkarlıq etdiyini bildirib.

Növbəti gün ABŞ-ın baş prokuroru, həm də ədliyyə naziri Loretta Linç FTB-nin tövsiyəsini diqqətə aldığını və bu səbəbdən yazışma işi ilə əlaqədar H.Klintona qarşı ittiham irəli sürməyəcəklərini qeyd edib.

Son xəbərlər

Orphus sistemi