ABŞ institutu: Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək

ABŞ institutu: Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək.
Digər ölkələr
24 Aprel , 2024 09:04
ABŞ institutu: Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək

Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, Rusiya ABŞ-nin elan etdiyi təhlükəsizlik yardımı Ukraynaya çatana qədər hücumları intensivləşdirməyə çalışa bilər: “Yəqin ki, Moskva yaranan məhdudiyyətlərdən istifadə etməyə cəhd göstərəcək”.

İddiaya görə, Rusiya qüvvələri qarşıdakı həftələrdə Ukraynanın mühüm infrastruktur obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücum edə bilər”.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi təsdiqlənməsi üçün Senata ötürüləcək.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi