ABŞ-ın Yaponiyadakı səfirini ölümlə hədələyiblər

ABŞ-ın Yaponiyadakı səfirini ölümlə hədələyiblər Eyni hədələr Amerikanın Okinavadaki baş konsuluna ünvanlanıb
Digər ölkələr
19 Mart , 2015 02:09
ABŞ-ın Yaponiyadakı səfirini ölümlə hədələyiblər

Bakı. 19 mart. REPORT.AZ/ Yaponiya polisi ABŞ-ın ölkədəki səfiri Karolin Kennedi-yə və başqa bir amerikalı diplomata qarşı ölüm hədələrini araşdırır.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, ötən ay Birləşmiş Ştatların Tokiodakı səfirliyinə telefonla zəng edən ingilisdilli naməlum şəxs tərəfindən ölüm hədələri edilib. Eyni hədələr Amerikanın Okinavada oturan baş konsulu Alfred Maglebi-yə də edilib.

Qeyd edək ki, K.Kennedi ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qızıdır və Yaponiyaya 2013-cü ildə səfir təyin edilib.

Bu ayın əvvəllərində ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippert bıçaq hücumuna məruz qalmış, bir neçə günü xəstəxanada keçirməli olmuşdu.

Son xəbərlər

Orphus sistemi