ABŞ ordusunun Yaponiyadakı anbarında baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO

ABŞ ordusunun Yaponiyadakı anbarında baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO Yerli sakinlərin bildirdiyinə görə, yanğın bir neçə partlayışdan sonra başlayıb
Digər ölkələr
24 Avqust , 2015 08:25
ABŞ ordusunun Yaponiyadakı anbarında baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Bakı. 24 avqust. REPORT.AZ/ Yaponiyanın Saqamihara şəhərində (Kanaqava prefekturası) ABŞ hərbi-hava qüvvələrinə məxsus anbarda baş vermiş yanğın söndürülüb.

Kyodo informasiya agentliyinin məlumatına əsasən, 900 kvadratmetr ərazini əhatə edən yanğın nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerində çoxlu sayda oksigen balonları olduğu müəyyən edilib. ABŞ tərəfinin bildirdiyinə görə, hadisənin baş vermə səbəbləri araşdırılacaq. İlkin məlumatlara görə, anbarda təhlükəli maddələr və hərbi sursat olmayıb.

Yerli sakinlərin bildirdiyinə görə, yanğın bir neçə partlayışdan sonra başlayıb.

Saqamiharada ABŞ hərbi-hava qüvvələrinin döyüş sursatının saxlandığı bir neçə anbar yerləşir. Bundan əlavə, bu şəhərdə ABŞ hərbi-hava qüvvələrinin hərbi yardımçısı olan 35-ci batalyon da var.

Yanğınla bağlı zərərçəkənlərin olmadığı barədə xəbəri Pentaqon da təsdiq edib.

*** 23:02

Bakı. 23 avqust. REPORT.AZ/ Yaponiyanın Saqamihara şəhərinin yaxınlığında (Xonsyu adası, Kanaqava prefekturası) yerləşən ABŞ hərbi qüvvələrinə məxsus hərbi bazada bu axşam bir neçə güclü partlayış baş verib.

"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə şahidləri bildirib ki, hərbi bazada baş verən partlayışlardan sonra güclü yanğın başlayıb.

Xəsarət alanlar barədə hələlik məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi