ABŞ-ın vitse-prezidenti: "Barak Obama oğlumun müalicəsi üçün mənə pul təklif etdi"

ABŞ-ın vitse-prezidenti: "Barak Obama oğlumun müalicəsi üçün mənə pul təklif etdi" Cozef Bayden: "Bunu heç vaxt unutmayacağam"
Digər ölkələr
12 Yanvar , 2016 10:13
ABŞ-ın vitse-prezidenti: Barak Obama oğlumun müalicəsi üçün mənə pul təklif etdi

Bakı. 12 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama vitse-prezident Cozef Baydenə xərçəng olduğu aşkarlanan oğlunun müalicəsi üçün maliyyə yardımı təklif edib.

"Report" xəbər verir ki, Cozef Bayden bu haqda CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu söhbət onlar birlikdə nahar edərkən olub. Söhbət zamanı C.Bayden deyib ki, Delaver ştatının prokuroru, böyük oğlunun xəstəliyi ilə əlaqədar istefa verməyə məcbur olub: "Onda xərçəng aşkarlanıb. Müalicəsinə isə böyük məbləğdə pul lazımdır. Mən ona dedim ki, xanımım Cill ilə çıxış yolu tapmışıq, evimizi satacağıq. Barak Obama evi satmamağım üçün israr etdi və dedi: "İşi yoluna qoyarıq". O, bizə istənilən yardımı etməyə hazır olduğunu bildirdi. Hətta pul yardımı təklif edib".

C.Bayden B.Obamaya təklifinə görə, təşəkkür etdiyini və bunu heç vaxt unutmayacağını söyləyib.

Xatırladaq ki, Cozef Baydenin oğlu Bo Bayden 2015-ci ilin mayında 46 yaşında xərçəng xəstəliyindən vəfat edib. 

Son xəbərlər

Orphus sistemi