ABŞ-ın Viskonsin ştatında polis zorakılığına qarşı etiraz aksiyaları davam edir

ABŞ-ın Viskonsin ştatında polis zorakılığına qarşı etiraz aksiyaları davam edir Məhkəmə 19 yaşlı gənci güllələdiyinə görə polis zabitini məsuliyyətə cəlb etməyib
Digər ölkələr
31 May , 2015 18:07
ABŞ-ın Viskonsin ştatında polis zorakılığına qarşı etiraz aksiyaları davam edir

Bakı. 31 May. REPORT.AZ/ ABŞ-ın Viskonsin ştatında mart ayında 19 yaşlı gənci Kenni Robinsonu güllələdiyinə görə ağdərili polis zabiti Matt Kennin məsuliyyətə cəlb edilməyəcək. "Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, yerli məhkəmənin bu qərarı ştatın mərkəzi şəhəri hesab olunan Madisonda geniş etirazlara səbəb olub.

Robinsonun dayısı Turin Karter deyib ki, məhkəmənin başqa gür nəticələnəcəyini gözlədiyi halda qərar onu çox təəccübləndirib.

Robinsonun nənəsi Şaron İrvin isə heç bir mətbuat xəbərlərinin onun yarasını sağalda bilməyəcəyini deyir: “Demək istəyirəm ki, bütün bunlar ədalət deyil, siyasətdir.”

Robinson ailəsi yeni istintaq açılmasını tələb edir. Daha artıq nümayişlərin də təşkili planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi