Bakı. 4 mart. REPORT.AZ/ Birləşmiş Ştatlar prezidenti Barak Obama bəyan edib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar daha bir il davam edəcək.
"Report" xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
"Mən 13660 saylı fərman ilə tətbiq edilmiş milli fövqəladə vəziyyət rejimini uzadıram", - deyə Obama əlavə edib.
Bundan əvvəl Obamanın martın 3-də Fransua Olland, Angela Merkel, Matteo Rentsi və Devid Kemeron ilə Ukrayna-Rusiya problemi və Liviyada vəziyyətlə bağlı videokonfrans təşkil etdiyi məlumat verilmişdi.