Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ-ın Qətərdəki (Doha şəhərində) səfirliyinin binasına naməlum şəxs basqın edib.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda səfirlik məlumat yayıb.
Basqın nəticəsində səfirliyin mühafizəçisi yaralanıb. Haqqında məlumat verilməyən basqınçı tutulub.
Səfirlik Qətərdəki ABŞ vətəndaşlarına xəbərdarlıq edərək, onları ayıq-sayıq olmağa, insanların çox olduğu yerlərə getməkdən çəkinməyə, gedəcəkləri yerlə bağlı planları ətraflı götür-qoy etməyə, xarici görünüşlərini yerli əhalidən fərqləndirməməyə çağırıb.