Bakı. 10 oktyabr. REPORT.AZ/ ABŞ-ın Nümayəndələr Palatası neft ixracına qoyulan qadağanın ləğvini təsdiq edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, lakin sənədin yekun taleyi Barak Obama tərəfindən veto təhlükəsi üzündən qaranlıq qalır.
Administrasiya Konqresin vəzifəsinin ölkədə daha təmiz enerji mənbələrinin işlənməsini təmin etmək olduğuna təkid edir.
Konqres xam neft ixracına 1975-ci ildə ərəb neft embarqosu səbəbindən qiymət artımı baş verməsindən sonra qadağa müəyyən edib.