ABŞ-ın müdafiə naziri postuna namizəd Ukraynanın silahlandırılmasına tərəfdardır

ABŞ-ın müdafiə naziri postuna namizəd Ukraynanın silahlandırılmasına tərəfdardır Prezident Barak Obama artıq bəyan edib ki, yeni Pentagon rəhbərinin mövqeyini nəzərə alacaq
Digər ölkələr
5 Fevral , 2015 04:29
ABŞ-ın müdafiə naziri postuna namizəd Ukraynanın silahlandırılmasına tərəfdardır

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri vəzifəsinə namizədliyi irəli sürülən təcrübəli Pentaqon rəsmisi Eşton Karter senatorlar qarşısında çıxışında deyib ki, o, Rusiyayönümlü separatçılarla döyüşən Ukraynaya silah verilməsinə tərəfdar olacaq.

"Report" Azadlıq radioasuna istinadla xəbər verir ki, E.Karter ötən gün Senatda keçirilən dinləmələrdə əhəmiyyətli tənqidlə üzləşməyib və belə görünür ki, o, müdafiə naziri vəzifəsinə namizədliyinə dəstək ala biləcək.

Qeyd edək ki, Ağ Ev nümayəndələri indiyə qədər Ukraynaya silah və hərbi avadanlığın verilməsi məsələsində tərəddüd edirdi.

Lakin Prezident Barak Obama artıq bəyan edib ki, yeni Pentagon rəhbərinin mövqeyini nəzərə alacaq.

“The Wall Street Journal” qəzeti yazır ki, E.Karterin nazir postunda üzləşəcəyi ilk çətin məsələ də məhz Ukrayna ilə bağlı olacaq.

Son xəbərlər

Orphus sistemi