ABŞ-ın müdafiə naziri İsraildə səfərdədir

ABŞ-ın müdafiə naziri İsraildə səfərdədir Karter bildirib ki, ABŞ-ın Yaxın Şərqdəki strategiyasının formaslaşmasında İsrail əsas rol oynayır
Digər ölkələr
20 İyul , 2015 21:24
ABŞ-ın müdafiə naziri İsraildə səfərdədir

Bakı. 20 iyul. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Eşton Karter İranla nüvə razılaşmasından sonra ölkəsinin Yaxın Şərqdəki tərəfdaşlarla münasibətlərinin möhkəmləndirilməsi məqsədi ilə bu regiona səfər edib. "Report"un Amerkanın səsinə istinadən verdiyi məlumata görə, səfər zamanı Karter bildirib ki, ABŞ-ın Yaxın Şərqdəki strategiyasının formaslaşmasında İsrail əsas rol oynayır.

İsrailli həmkarı Moşe Yaalon tərəfindən çox isti qarşılanan Karterin çərşənbə axşamı baş nazir Benyamin Netanyahu ilə görüşü planlaşdırılıb.

"Biz çox gözəl bilirik ki, İsraillə dostluq münasibətləri bizim maraqlarımızın və prinsiplərimizin ayrılmaz hissəsidir”,-  Pentaqon rəhbəri vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi