ABŞ-ın müdafiə naziri: "Əfqanıstandakı hərbi kontingentin sayı azaldılacaq"

ABŞ-ın müdafiə naziri: "Əfqanıstandakı hərbi kontingentin sayı azaldılacaq" Lakin Amerika hərbçiləri bu ölkəni yaxın zamanlarda tərk etməyəcəklər
Digər ölkələr
26 May , 2016 07:40
ABŞ-ın müdafiə naziri: Əfqanıstandakı hərbi kontingentin sayı azaldılacaq

Bakı. 26 may. REPORT.AZ/ ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin sayı azaldılacaq, amma qoşunlar hələ uzun müddət bu ölkədə qalacaq. 

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter Nyuport şəhərində amerikalı hərbi dənizçilərlə görüşündə deyib.

O, bildirib ki, ABŞ rəhbərliyi Əfqanıstandakı hərbçilərinin sayını azaltmaq planları barədə düşünür. Lakin Amerika hərbçiləri bu ölkəni yaxın zamanlarda tərk etməyəcəklər.

"Əfqanıstanın təhlükəsizlik qüvvələrinə maddi dəstək verməkdə davam edəcəyik. Bizim onlara dəstək verməyə maliyyə vəsaitimiz var. NATO-dakı müttəfiqlərimiz də Əfqanıstanın təhlükəsizlik qüvvələrinə maliyyə yardımı verəcəklər. Bu, olduqca vacib məsələdir" - deyə ABŞ-ın müdafiə naziri bildirib.

Eşton Karter əlavə edib ki, ABŞ hərbçiləri Əfqanıstanın təhlükəsizlik qüvvələrinə dəstək vermək, həmçinin antiterror əməliyyatlarının keçirilməsi üçün Əfqanıstanda qalacaq. 

Son xəbərlər

Orphus sistemi