​ABŞ-ın Vernon şəhərində baş vermiş partlayış zamanı 7 nəfər xəsarət alıb

​ABŞ-ın Vernon şəhərində baş vermiş partlayış zamanı 7 nəfər xəsarət alıb Əraziyə yanğınsöndürənlər, polis və təcili yardım cəlb edilib
Digər ölkələr
5 Avqust , 2016 04:19
​ABŞ-ın Vernon şəhərində baş vermiş partlayış zamanı 7 nəfər xəsarət alıb

Bakı. 5 avqust. REPORT.AZ/ ABŞ-ın Konnektikut ştatında partlayış baş verib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Məlumata görə, hadisə ştatın Vernon şəhərindəki yaşayış evlərindən birində qeydə alınıb. Partlayış zamanı 1-i uşaq olmaqla 7 nəfər xəsarət alıb.

Əraziyə yanğınsöndürənlər, polis və təcili yardım cəlb edilib. Hadisənin hansı səbəblərdən və hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Xilasedicilər hadisənin baş verdiyi evdə digər şəxslərin olub-olmamasını araşdırırlar.

Son xəbərlər

Orphus sistemi