​ABŞ-ın HHQ naziri Rusiyanı milli təhlükəsizlik üçün əsas təhlükə adlandırıb

​ABŞ-ın HHQ naziri Rusiyanı milli təhlükəsizlik üçün əsas təhlükə adlandırıb Debora Ceyms:"Mən Rusiyanı əsas təhlükə hesab edirəm"
Digər ölkələr
9 İyul , 2015 08:56
​ABŞ-ın HHQ naziri Rusiyanı milli təhlükəsizlik üçün əsas təhlükə adlandırıb

Bakı. 9 İyul. REPORT.AZ/ ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Debora Ceyms Rusiyanı Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün əsas təhlükə adlandırıb və Amerikanın Avropada hərbi iştirakının artırılmasına çağırıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" yazıb.

"Mən Rusiyanı əsas təhlükə hesab edirəm. İndi Rusiyanın hərəkətləri fonunda hansısa şəkildə qüvvə çatışmazlığı barədə məlumat vermək yersiz olardı", — deyə o bildirib.

O, həmçinin NATO-nun 28 üzvündən yalnız dördünün ÜDM-in 2 faizinin müdafiəyə ayrılmasına dair qarşıya qoyulan məqsədə çatdıqlarından məyusluğunu ifadə edib.

Debora Ceyms əvvəllər Rusiyanı "hibrid müharibəsi" aparmaqda ittiham edib.

Son xəbərlər

Orphus sistemi