ABŞ-ın hərbi təyyarəsi İraqın şimalında qəzaya uğrayıb

ABŞ-ın hərbi təyyarəsi İraqın şimalında qəzaya uğrayıb Ekipaj üzvləri xəsarət almayıb
Digər ölkələr
9 Mart , 2016 07:51
ABŞ-ın hərbi təyyarəsi İraqın şimalında qəzaya uğrayıb

Bakı. 9 mart. REPORT.AZ/ İraqın şimalında yerləşən Ərbil şəhərinin yaxınlığında ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, dörd nəfərdən ibarət ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Qəzanın texniki səbəblərdən baş verdiyini deyən "Pentaqon" rəsmiləri, hadisə ilə bağlı daha dolğun məlumatın araşdırması yekunlaşandan sonra açıqlanacağını qeyd ediblər. 

Son xəbərlər

Orphus sistemi