​ABŞ-ın Havay ştatında təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb

​ABŞ-ın Havay ştatında təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb Qəza Port-Allen hava limanı yaxınlığında baş verib
Digər ölkələr
24 May , 2016 01:58
​ABŞ-ın Havay ştatında təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb

Bakı. 24 may. REPORT.AZ/ Amerikanın Havay ştatının Kauai adasında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Hawaii News Now" telekanalı məlumat yayıb.

Qəza bazar ertəsi Port-Allen hava limanı yaxınlığında baş verib. Hava gəmisinin göyərtəsində pilotdan savayı paraşüt idmanı üzrə iki təlimatçı və iki turist olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, qəza zamanı 4 nəfər hadisə yerində ölüb, beşinci qurban isə aldığı yaralardan hospitalda keçinib.

Qəzanın səbəbləri hələ ki, müəyyən edilməyib.

Son xəbərlər

Orphus sistemi