Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri bu gün Ukraynaya səfər edib.
"Report" "BBC"yə istinadən xəbər verir ki, Kiyevdə onun Ukrayna prezidenti Pyotr Poroşenko ilə danışıqlar aparacağı gözlənilir.
Məlumata görə, C.Kerri ilə P.Poroşenko Ukraynaya hərbi yardım, eləcə də ölkənin şərqində yaranan ağır vəziyyətə dair məsələləri də müzakirə edəcəklər.