​ABŞ-ın bir neçə şəhərində etiraz aksiyaları keçirilib

​ABŞ-ın bir neçə şəhərində etiraz aksiyaları keçirilib Nyu-Yorkda Manxetten istiqamətində hərəkəti kəsməyə cəhd edən 60-dan çox etirazçı saxlanılıb
Digər ölkələr
30 Aprel , 2015 09:35
​ABŞ-ın bir neçə şəhərində etiraz aksiyaları keçirilib

Bakı. 30 aprel. REPORT.AZ/ ABŞ-ın Boston, Ferqüsson, Missuri, Vaşinqton, Denver və Siettle şəhərlərində etiraz aksiyaları keçirilib.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Xəbərə görə, Baltimor şəhərində iğtişaşlardan sonra iki günlük dinc aksiya keçirilib. Məlumatda bildirilib ki, əraziyə ABŞ milli qvardiyasının 3 mindən çox hərbçisi yeridilib.

Nyu-Yorkda polis Manxetten istiqamətində hərəkəti kəsməyə cəhd edən etiraz aksiyasının 60-dan çox iştirakçısını saxlayıb.

Xatırladaq ki, etiraz aksiyaları bir neçə gün öncə Baltimor şəhərində polis tərəfindən güllələnən Freddi Qreyin ölümü ilə əlaqədar keçirilir.

Son xəbərlər

Orphus sistemi