ABŞ-ın 4 "F-15" qırıcısı Bolqarıstanın aviabazasına enib

ABŞ-ın 4 "F-15" qırıcısı Bolqarıstanın aviabazasına enib Onlar Balkan ölkələrinin hava məkanının patrul xidmətində iştirak edəcək
Digər ölkələr
2 Sentyabr , 2016 10:14
ABŞ-ın 4 F-15 qırıcısı Bolqarıstanın aviabazasına enib

Bakı. 2 sentyabr. REPORT.AZ/ ABŞ-ın 4 "F-15" qırıcı təyyarəsi Bolqarıstanın "Qraf İqnatievo" aviabazasına enib.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu məlumatı Bolqarıstanın Müdafiə Nazirliyi yayıb.

İnfromasiyaya görə, həmin qırıcılar Balkan ölkələrinin hava məkanının patrul xidmətində iştirak edəcək.

"ABŞ Milli Qvardiyasına aid 4 "F-15" sentyabrın 9-16-da ölkəmizin hava məkanının mühafizəsini gücləndirmək məqsədi ilə Bolqarıstanın "MiQ-29" qırıcıları ilə birlikdə əməliyyat tapşırıqlarını icra edəcək", - deyə, nazirlik bildirib.

Son xəbərlər

Orphus sistemi