​ABŞ İstanbuldakı terror aktını pisləyib

​ABŞ İstanbuldakı terror aktını pisləyib Ağ ev Türkiyəni terrorçuluq ilə mübarizədə dəstəkləyib
Digər ölkələr
13 Yanvar , 2016 06:44
​ABŞ İstanbuldakı terror aktını pisləyib

Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ İstanbuldakı terror aktını pisləyib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Ağ evin yaydığı bəyanatda ABŞ-ın Türkiyəni terrorçuluqla mübarizədə dəstəklədiyi bildirilir.

Yanvarın 12-də Sultan Ahmet meydanında, tramvay dayanacağı yaxınlığında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

Son xəbərlər

Orphus sistemi