Bakı. 6 may. REPORT.AZ/ "İraq cəmiyyəti fərqli təbəqələrdən formalaşdığından ABŞ hesab edir ki, ölkə üçün ən uyğunu onun ərazi bütövlüyünün qorunmasıdır". "Report" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bunu Ağ evin sözçüsü Con Ernest bildirib.
Məlumatda qeyd olunub ki, ABŞ prezidenti Barak Obama İraqın Şimalındakı kürd muxtariyyətinin hökumət başçısı Məsud Barzani ilə görüşüb. Ağ evin görüşdən sonra yaydığı yazılı açıqlamada bildirilib ki, ABŞ İraqın konstitusiyasında yazıldığı kimi bütöv, federal və demokratik İraq dövlətinin olmasına tərəfdardır.
Xatırladaq ki, İraqın şimalındakı kürd muxtariyyətinin hökumət təmsilçiləri Ağ evdə keçiriləcək görüşdə əsas müzakirə mövzusunun "kürd dövləti" ilə bağlı olacağını bildirmişdi.