ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər Bunu ABŞ Nümayəndələr Palatasının rəhbəri Pol Rayan bəyan edib
Digər ölkələr
9 Mart , 2016 02:32
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər

Bakı. 9 mart. REPORT.AZ/ "İranın keçirdiyi son raket sınaqları BMT-nin qətnamələrinə ziddir. Bu səbəbdən ABŞ Konqresindəki respublikaçılar Tehrana qarşı yeni sanksiyaların tətbiqini tələb edəcək". "Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Nümayəndələr Palatasının rəhbəri Pol Rayan bəyan edib.

Onun sözlərinə görə, Konqresdə sanksiyalarla bağlı ciddi iş aparılacaq: "Biz, hakimiyyət müvafiq qərar çıxarana qədər səylərimizi davam etdirəcəyik".

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmisi Con Kirbi də ötən gün bildirib ki, rəsmi Vaşinqton Tehrana qarşı təktərəfli sanksiyalar tətbiq edə bilər.

Son xəbərlər

Orphus sistemi