​ABŞ-ı min ildə görünməmiş quraqlıq gözləyir

​ABŞ-ı min ildə görünməmiş quraqlıq gözləyir Kosmik Tədqiqatlar İnstitutunun alimləri həyəcan təbili çalır
Digər ölkələr
14 Fevral , 2015 02:28
​ABŞ-ı min ildə görünməmiş quraqlıq gözləyir

Bakı. 14 fevral. REPORT.AZ/ Amerikanın Qoddard adına Kosmik Tədqiqatlar İnstitutunun (NASA) tədqiqatçıları belə bir qənaətə gəliblər ki, ABŞ-ın cənub-qərb və mərkəzi regionları min ildən çoxdur bu ərazilərdə görünməyən meqaquraqlığa məruz qala bilər.

"Report" xəbər verir ki, Benok Kukun rəhbərlik etdiyi alimlər qrupu ölkədə bütün ABŞ ərazisindən toplanmış on minlərlə illik qat nümunələrinə əsaslanmış quraqlıq dövrlərinin təhlilindən sonra öz proqnozlarını veriblər və onu 17 iqlim modeli ilə müqayisə ediblər.

Alimlər aşkar ediblər ki, 2050-ci ildən sonra ABŞ-ın cənub-qərb və mərkəzi regionlarında XII-XIII əsrlərin "Orta əsr iqlim anomaliyası" dövrlərindəkindən də güclü olacaq quraqlıq əmələ gələ bilər.

Yeni tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc olunub.

Son xəbərlər

Orphus sistemi