​ABŞ hərbi qərargahlarının başçısı Bağdada səfər edib

​ABŞ hərbi qərargahlarının başçısı Bağdada səfər edib Ənbar əyalətində İŞİD silahlılarının mövqelərinin bombalanması nəticəsində 30-a yaxın terrorçu öldürülüb
Digər ölkələr
9 Mart , 2015 15:08
​ABŞ hərbi qərargahlarının başçısı Bağdada səfər edib

Bakı. 9 mart. REPORT.AZ/ ABŞ hərbi qərargahları birliyinin başçısı general Martin Dempsi İraq paytaxtı Bağdada səfər edib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, səfərdə məqsəd İŞİD-ə qarşı hərbi əməliyyatların keçirilməsini İraqın ali hərbi rəhbərliyi ilə müzakirə etməkdir.

Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, İŞİD-in 30 minə yaxın döyüşçüsü var.

Xatırladaq ki, general Qasım Məhəmmədinin başçılığı ilə İraqın Ənbar əyalətində İŞİD silahlılarının mövqelərinin bombalanması nəticəsində təxminən 30 terrorçu öldürülüb. 

Son xəbərlər

Orphus sistemi