ABŞ hərbçilərini Şərqi Avropada yerləşdirməyə başlayıb

ABŞ hərbçilərini Şərqi Avropada yerləşdirməyə başlayıb ABŞ Ukrayna ətrafındakı vəziyyətə cavab tədbirləri çərçivəsində Avropaya əlavə hərbçilərin daşınmasına başlayıb.
Digər ölkələr
4 Fevral , 2022 01:17
ABŞ hərbçilərini Şərqi Avropada yerləşdirməyə başlayıb

ABŞ Ukrayna ətrafındakı vəziyyətə cavab tədbirləri çərçivəsində Avropaya əlavə hərbçilərin daşınmasına başlayıb.

"Report" bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, 2 000 nəfərlik kontingent Şimali Karolinadakı hərbi bazadan "C-17 Globemaster" təyyarəsi ilə uçub.

ABŞ ordusunun əsas hissəsinin Polşada, qalan hissəsinin isə müvəqqəti olaraq Almaniyada yerləşdiriləcəyi bildirilir.

Bundan əvvəl Pentaqon Amerika qüvvələrinin Avropaya mümkün köçürülməsi halında daha bir neçə min əsgərin yüksək hazırlıq vəziyyətinə gətirildiyini bəyan edib. Prezident Cozef Bayden daha çox qoşunun göndərilməsini rəsmən təsdiqləyib.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans ABŞ-ın Şərqi Avropadakı hərbi kontingentinin artırılmasını dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi