ABŞ hərbçiləri Liviyada tanınımış terrorçunu məhv ediblər

ABŞ hərbçiləri Liviyada tanınımış terrorçunu məhv ediblər Liviya hökümətinin icazasi əsasında keçirilən hərbi əməliyyat bu ölkənin şərq regionlarından birinidə baş tutub
Digər ölkələr
15 İyun , 2015 04:14
ABŞ hərbçiləri Liviyada tanınımış terrorçunu məhv ediblər

Bakı. 15 İyun. REPORT.AZ/ ABŞ hərbçiləri Liviya ərazisində tanınımış terrorçunu məhv ediblər.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, "Əz Qaidə" təşkilatının nüfuzlu liderlərindən biri hesab olunan Muxtar Belmuxtar, amerikalı hərbçilərin Liviya ərazisindəki növbəti hədəfinə çevrilib.

Liviya hökümətinin icazəsi ilə keçirilən hərbi əməliyyat bu ölkənin şərqində baş tutub. Belmuxtarın aviazərbə nəticəsində öldürüldüyü iddia edilir.

Qeyd edək ki, 2013-cü ilin aprel ayında Çad prezidenti bildirmişdi ki, Belmuxtar özünü partladıb. Lakin daha sonra bu xəbər təsdiqini tapmamışdı.

Son xəbərlər

Orphus sistemi