ABŞ-ın hərbi gəmisi ona yaxınlaşan İran katerlərinə xəbərdarlıq atəşi açıb

ABŞ-ın hərbi gəmisi ona yaxınlaşan İran katerlərinə xəbərdarlıq atəşi açıb Hadisə Fars körfəzinin şimalında baş verib
Digər ölkələr
25 Avqust , 2016 22:13
ABŞ-ın hərbi gəmisi ona yaxınlaşan İran katerlərinə xəbərdarlıq atəşi açıb

Bakı. 25 avqust. REPORT.AZ/ ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Qasırğa" gəmisi ona yaxınlaşan İran katerlərinə xəbərdarlıq atəşi açıb.

"Report"un məlumatına görə, bu barədə "CNN" telekompaniyası xəbər yayıb.

Məlumata görə, hadisə dünən Fars körfəzinin şimal hissəsində baş verib.

"CNN"in Pentaqon yanındakı müxbiri Barbara Starr bildirib ki, İran katerləri Amerikanın iki və Küveytin bir gəmisinə 200 metr məsafəyə qədər yaxınlaşıb.

"Amerika gəmisi radio ilə əlaqə yaratmağa cəhd göstərib, siqnal raketləri köməyi ilə siqnal vermək istəyib" – deyə reportajda bildirilib.

"Qasırğa" gəmisi sonda suya üç xəbərdarlıq atəşi açıb.

Son xəbərlər

Orphus sistemi