ABŞ Federal Ehtiyat banklarından biri xakerlərin hücumuna məruz qalıb

ABŞ Federal Ehtiyat banklarından biri xakerlərin hücumuna məruz qalıb Kibercinayətkarlar müəyyən müddət ərzində istifadəçiləri xakerlər tərəfindən xüsusi yaradılan səhifələrə yönəltməyə müvəffəq olub
Digər ölkələr
20 May , 2015 10:57
ABŞ Federal Ehtiyat banklarından biri xakerlərin hücumuna məruz qalıb

Bakı. 20 may. REPORT.AZ/ Ölkədə Mərkəzi bank funksiyalarını yerinə yetirən ABŞ Federal Ehtiyat Sistemi strukturuna daxil olan Sent-Luis Federal Ehtiyat bankı xakerlərin hücumuna məruz qalıb. Bu barədə "Report" TASS-a istinadən xəbər verir. 

Maliyyə institutunun nümayəndələri jurnalistlərə bildirib ki, kibercinayətkarlar müəyyən müddət ərzində bankın ayrı-ayrı internet resursları ilə işləyən istifadəçiləri xakerlər tərəfindən xüsusi yaradılan səhifələrə yönəltməyə müvəffəq olub. Hücum apreldə baş verib və hazırda onun arxasında kimin durduğu məlum deyil. 

Qeyd olunur ki, bankın kompüter sistemlərinə daxil olan şəxslər ciddi şəkildə hazırlıq keçiblər. Onlar maliyyə institutu əməkdaşlarının elektron ünvanları və parolları da daxil olmaqla dəyərli məlumatları əldə edə bilərlər. Gələcəkdə bu məlumatlar daha böyük əhəmiyyət kəsb edən digər saytlara yeni hücumlar zamanı istifadə oluna bilər. 

Mayın 18-də  Sent-Luis Federal Ehtiyat bankının rəsmi saytında maliyyə institutunun internet resurslarından istifadə edən insanlara parolları dəyişdirmək tövsiyə olunub. 

Son xəbərlər

Orphus sistemi