​ABŞ əhalisinin əksəriyyəti Kubaya sanksiyanın ləğvini dəstəkləyir

​ABŞ əhalisinin əksəriyyəti Kubaya sanksiyanın ləğvini dəstəkləyir Demokratlar Partiyasının nümayəndələri də Kuba ilə yaxınlaşmaya tərəfdardırlar
Digər ölkələr
23 İyul , 2015 02:45
​ABŞ əhalisinin əksəriyyəti Kubaya sanksiyanın ləğvini dəstəkləyir

Bakı. 23 iyul. REPORT.AZ/ ABŞ əhalisinin demək olar ki, 3/4 hissəsi Kubaya qarşı tətbiq edilən birtərəfli iqtisadi və təcarət embarqosunun ləğvini və Vaşinqtonla Havana arasında diplomatik münasibətlərin bərpasını dəstəkləyir.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu haqda fikir söyləməyə ABŞ-da aparılan yeni sorğunun nəticələri əsas verir.

Sorğunun nəticəsinə görə, Amerika vətəndaşlarının 72% embarqonun ləğvinin tərəfdarıdır.

Embarqo götürülsə, Amerika şirkətləri Kubada, Kuba şirkətləri isə Amerikada işləmək imkanı qazanacaq.

AŞB prezidenti Barak Obamanın da təmsil olunduğu Demokratlar Partiyasının nümayəndələri də Kuba ilə yaxınlaşmanı dəstəkləyir. Respublikaçılar isə bu məsələyə bir qədər soyuq münasibət bəsləyirlər. 

Son xəbərlər

Orphus sistemi