​ABŞ Əfqanıstandakı hərbi texnikasının çoxunu Pakistana verəcək

​ABŞ Əfqanıstandakı hərbi texnikasının çoxunu Pakistana verəcək Pakistan tərəfi təqdim olunan siyahıdan vacib hərbi texnikanı artıq seçib
Digər ölkələr
15 Yanvar , 2015 14:25
​ABŞ Əfqanıstandakı hərbi texnikasının çoxunu Pakistana verəcək

Bakı. 15 yanvar. REPORT.AZ/ Hərbçiləri Əfqanıstandan çıxarılandan ABŞ-ın bu ölkədəki hərbi texnikasının böyük bir hissəsi Pakistana veriləcək.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu haqda Pakistan Respubilkasının Müdafiə Nazirliyindən bildirilib.

"ABŞ Əfqanıstandakı hərbçilərinin döyüş texnikasının siyahısının detallarını artıq Pakistanın Müdafiə Nazirliyinə təqdim edib. Pakistan tərəfi təqdim olunan siyahıdan özü üçün vacib hərbi texnikanı artıq seçib", - nazirlik təmsilçişi deyib.

Təqdim olunan siyahıdakı silah və texnika ilə bağlı konkret məlumat verilməyib. 

Son xəbərlər

Orphus sistemi