ABŞ Əfqanıstandakı həbsxanasını bağlayıb

ABŞ Əfqanıstandakı həbsxanasını bağlayıb Orada Amerikanın məhbusu qalmayıb
Digər ölkələr
11 Dekabr , 2014 10:33
ABŞ Əfqanıstandakı həbsxanasını bağlayıb
Bakı.11 dekabr. REPORT.AZ/ ABŞ Əfqanıstandakı Bəhram həbsxanasını bağlayıb.

"Report"  "Reuters"ə istinadən xəbər verir ki, Amerikanın bu həbsxanada bir məhbusu da qalmayıb.

Xatırladaq ki, Bəhram hərbi aviabazası ABŞ-ın və Əfqanıstandakı koalisiya qüvvələrinin ən iri obyektdir. Həbsxananı bəzən onun yerləşdiyi Pərvan əyalətinin adı ilə "Pərvan" da adlandırırlar. 2013-cü ilin martından Bəhram ABŞ-ın nəzarətindən Əfqanıstan hakimiyyətinə keçib.

Mənbə qeyd edib ki, Bəhramda çeşidli dövlətlərin, o cümlədən yaraqlılar tərəfdən döyüşən Rusiya vətəndaşı İrek Həmdullin də saxlanılıb. Onun ABŞ ərazisində, Virciniya ştatının Şərq dairəsində mühakimə ediləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi