ABŞ Əfqanıstanda xəstəxananın bombalanması faktını araşdırır

ABŞ Əfqanıstanda xəstəxananın bombalanması faktını araşdırır Kunduz vilayətində aviazərbə nəticəsində 22 nəfər həlak olub.
Digər ölkələr
4 Oktyabr , 2015 23:22
ABŞ Əfqanıstanda xəstəxananın bombalanması faktını araşdırır

Bakı. 4 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Əfqanıstanın Kunduz vilayətində "Sərhədsiz həkimlər" (MSF) beynəlxalq təşkilatına məxsus xəstəxananın bombalanması faktının "hərtərəfli araşdırıldığını" deyib. 

“Report”un “Amerikanın Səsinə” istinadən verdiyi xəbərə görə, şənbə günü endirilən hava zərbəsi nəticəsində 22 insan həlak olub.

Kunduz şəhərində Talibanı mövqelərinin hədəfə alındığını bəyan edən ABŞ komandanlığı əməliyyat zamanı “kənar itkilərin” ola biləcəyini isitisna etməyib.

Hadisəyə görə "dərin hüznlə başsağlığı" bildirən ABŞ prezidenti Barack Obama araşdırma nəticələrini gözlədiyin və bundan sonra qəti qərar çıxaracağını bildirib.

BMT hava zərbələrini "bağışlanmaz və, güman kı, cinayətkar" hərəkət kimi qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi