ABŞ dövlət katibinin Mərkəzi Asiya ölkələrinə səfəri başlayıb

ABŞ dövlət katibinin Mərkəzi Asiya ölkələrinə səfəri başlayıb Con Kerri beşgünlük səfərinin ilk dayanacağı olan Qırğızıstanın paytaxtı Bişkekdədir
Digər ölkələr
31 Oktyabr , 2015 18:04
ABŞ dövlət katibinin Mərkəzi Asiya ölkələrinə səfəri başlayıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri Mərkəzi Asiya ölkələrinə beşgünlük səfərinin ilk dayanacağı olan Qırğızıstanın paytaxtı Bişkekdədir.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, Qırğızıstanda bir gün qaldıqdan sonra Kerri Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistanda olacaq.

ABŞ rəsmiləri bildirib ki, Con Kerrinin səfərinin əsas məqsədi Birləşmiş Ştatların Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclü olaraq qaldığını nümayiş etdirməkdən ibarətdir.

Lakin keçmiş sovet respublikalarında çatışmazlıqlar haqda danışması üçün Con Kerriyə təzyiqlər göstərilir.

Son xəbərlər

Orphus sistemi