"Nahardan sonrakı dövr üçün görüş planlaşdırılıb", - mənbə bildirib.
Amerika diplomatlarının məlumatına görə, görüş ABŞ səfirinin İtaliyadakı iqamətgahında keçirilə bilər.
ABŞ Dövlət Departamentinin sözçüsü Mari Hаrf bildirib ki, C.Kerri və S.Lavrov Yaxın Şərqdəki vəziyyəti, eləcə də BMT-nin Fələstin-İsrail münaqişəsi ilə bağlı təşəbbüslərini müzakirə etmək niyyətindədirlər.
"Bundan əlavə, Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Ukrayna və Suriyadakı vəziyyəti də müzakirə edəcəklər", - M.Harf qeyd edib.