Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri ər-Riyadda Körfəz ölkələrinin xarici işlər nazirləriylə görüşüb.
"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, tərəflər İran və Suriyadakı vəziyyəti müzakirə ediblər.
C.Kerri danışıqlarda "yaxşı təşəbbüslər"in olduğunu qeyd edib. O, həmçinin Suriyadakı vəziyyətlə bağlı yaxın günlərdə yenidən danışıqlara başlayacağıyla bağlı vəd də verib.
Qeyd edək ki, daha əvvəl Con Kerri Suriya hökuməti və müxalifəti arasında 2016-cı ilin yanvarına planlaşdırılan danışıqların birbaşa aparılmayacağını açıqlamışdı.