​ABŞ Dövlət Departamentinin sözçüsü: "İraqın parçalanmasına qarşıyıq"

​ABŞ Dövlət Departamentinin sözçüsü: "İraqın parçalanmasına qarşıyıq" Con Kirbinin sözlərinə görə, Vaşinqton baş nazir Heydər əl-İbadinin başçılıq etdiyi hökuməti dəstəkləyir
Digər ölkələr
14 Avqust , 2015 11:02
​ABŞ Dövlət Departamentinin sözçüsü: İraqın parçalanmasına qarşıyıq

Bakı. 14 avqust. REPORT.AZ/ "Siyasətimizə zidd olduğundan ABŞ İraqın parçalanmasına qarşıdır. Biz İraqı bütöv bir dövlət olaraq görürük".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi gündəlik mətbuat konfransında bildirib.

Ötən gün ABŞ-ın quru qoşunları komandanı Raymond Odiorno İraqın parçalanacağını ehtimal etdiyini açıqlayıb. 

Komandanın fikirini şərh edən Con Kirbi deyib: "Bunu indi təsdiqləyə bilmərəm. Bu variant hadisələrin inkişafından asılı ola bilər".

O əlavə edib ki, ABŞ İraqın baş naziri Heydər əl-İbadinin başçılıq etdiyi hökuməti dəstəkləyir. 

Son xəbərlər

Orphus sistemi