​ABŞ Dövlət Departamenti Türkiyədə jurnalistlər barəsindəki həbs qərarını pisləyib

​ABŞ Dövlət Departamenti Türkiyədə jurnalistlər barəsindəki həbs qərarını pisləyib Yerli məhkəmə dövlət sirrini yaydığına görə iki jurnalisti həbs edib
Digər ölkələr
7 May , 2016 06:39
​ABŞ Dövlət Departamenti Türkiyədə jurnalistlər barəsindəki həbs qərarını pisləyib

Bakı. 7 may. REPORT.AZ/ Birləşmiş Ştatların Dövlət Departamenti Türkiyədə müxalifətdən olan jurnalistlər barəsində çıxarılan ittiham hökmünü pisləyib.

"Report" xəbər verir ki, bu barədə Ağ evin məlumatında bildirilir.

"ABŞ bu gün jurnalist işi nəticəsində dövlət sirrinin yayılmasında müqəssir bilinən Türkiyənin müxalifət qəzeti "Cumhuriyet"in baş redaktoru Can Dündar və nəşrin Ankaradakı bürosunun rəhbəri Ərdəm Gülün işi üzrə çıxarılan ittiham hökmlərindən narahatdır", - deyə Dövlət Departamentinin məlumatında qeyd olunur.

ABŞ çıxarılan ittiham qərarları ilə əlaqədar olaraq "Türkiyə hakimiyyətini demokratik və şəffaf cəmiyyətin ayrılmaz hissəsi olan müstəqil və heç bir məhdudiyyət qoyulmayan mətbuata dəstək verməyə çağırıb".

Xatırladaq ki, iki türk jurnalist dövlət sirrini açmaqda ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi