Dövlət Departamenti ​ABŞ-ın İraqa 800 mln. dollarlıq raket satmasına icazə verib

Dövlət Departamenti ​ABŞ-ın İraqa 800 mln. dollarlıq raket satmasına icazə verib İraq Amerikadan 5 min ədəd raket almaq niyyətində olduğunu bildirib
Digər ölkələr
8 Yanvar , 2016 03:51
Dövlət Departamenti ​ABŞ-ın İraqa 800 mln. dollarlıq raket satmasına icazə verib

Bakı. 8 yanvar. REPORT.AZ/ ABŞ Dövlət Departamenti İraqa "hava-yer" sinifli "AGM-114 Hellfire" özütuşlanan raketlər, həmçinin CATM (Captive Air Training Missiles) təlim raketləri və müşayiət qurğularının satışına icazə verib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin Təhlükəsizlik və Müdafiə Əməkdaşlığı Agentliyi (DSCA) məlumat verib.

İdarənin saytına yerləşdirilən məlumatda bildirilir ki, əvvəllər İraq hakimiyyəti 5 min "Hellfire" və 10 CATM raketləri almaq niyyətində olduğunu bildirib.

Bu raket partiyasının ümumi dəyəri 800 milyon dollar təşkil edə bilər.

Son xəbərlər

Orphus sistemi