​ABŞ Dövlət Departamenti: Con Kerrinin ofşorda mülkiyyəti yoxdur

​ABŞ Dövlət Departamenti: Con Kerrinin ofşorda mülkiyyəti yoxdur Bu haqda yayılmış məlumat həqiqətə uyğun deyil
Digər ölkələr
27 Aprel , 2016 02:29
​ABŞ Dövlət Departamenti: Con Kerrinin ofşorda mülkiyyəti yoxdur

Bakı. 27 aprel. REPORT.AZ/ ABŞ Dövlət Departamenti dövlət katibi Con Kerrinin ofşorda mülkiyyətlərinin olmadığını bəyan edib. "Report" xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toneri bildirib.

Mark Toneri əlavə edib ki, dövlət katibinin və xanımının ailə fondlarının və aktivlərinin olması haqda mediada yayılmış məlumat həqiqətə uyğun deyil. Onun sözlərinə görə, kiminsə ofşorda mülkiyyətinin olması faktı qanun pozuntusu deyil. Əsas məsələ fondlardan gələn verginin ödənilməsidir. 

Son xəbərlər

Orphus sistemi