​ABŞ-da "Zodiac Aerospace" şirkətinin zavodunda partlayış baş verib

​ABŞ-da "Zodiac Aerospace" şirkətinin zavodunda partlayış baş verib Həkimlərin verdiyi məlumata görə, ən azı dörd nəfər yaralanıb
Digər ölkələr
15 İyul , 2015 12:39
​ABŞ-da Zodiac Aerospace şirkətinin zavodunda partlayış baş verib

Bakı. 15 iyul. REPORT.AZ/ ABŞ-ın Nyuport şəhərində Fransanın "Zodiac Aerospace" şirkətinə məxsus zavodda partlayış baş verib. Bu barədə "Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir.

Həkimlərin verdiyi məlumata görə,ən azı dörd nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerində xilasetmə xidmətinin briqadaları fəaliyyət göstərir. Partlayışın səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, "Zodiac Aerospace" şirkəti aerokosmik avadanlıqlarının yaradılması və istehsalı üzrə ixtisaslaşıb.

Son xəbərlər

Orphus sistemi