​ABŞ-da zəlzələ baş verib

​ABŞ-da zəlzələ baş verib Dağıntı və ya tələfat haqqında məlumat verilmir
Digər ölkələr
10 Avqust , 2016 07:36
​ABŞ-da zəlzələ baş verib

Bakı. 10 avqust. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında 5 bal gücündə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə Birləşmiş Ştatların Geologiya Xidməti xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Apper Leyk yaşayış məntəqəsindən 19 kilometr şimal-şərqdə, zəlzələ ocağı 18,5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi