Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ-ın İllinoys ştatında "Cessna 414" tipli yüngül mühərrikli sərnişin təyyarəsi Bluminqton şəhərinin hava limanı yaxınlığında qəzaya uğrayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub. Qəzanın səbəbləri barədə hələlik məlumat yoxdur.