​ABŞ-da universitetdə atışma olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

​ABŞ-da universitetdə atışma olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb Polis hadisənin başvermə səbəblərini araşdırır
Digər ölkələr
9 Oktyabr , 2015 17:43
​ABŞ-da universitetdə atışma olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-ın Arizona ştatının Flaqstaff şəhərindəki universitetdə baş verən atışma nəticəsində azı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda universitetin "twitter" səhifəsində bildirilib.

Məlumata görə, atəş açan şəxs tutulub.

Polis hadisənin başvermə səbəblərini araşdırır. Ölən şəxsin kim olduğu, unversitet tələbəsi olub-olmadığı haqda məlumat yoxdur.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama ölkədə silah satışı və onun saxlanılması haqda qanunu sərtləşdirməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi